Ənvər Həsənov Buzovnada dəfn olunacaq

Xəbərlər

16.03.2025 - 23:36

Həkimlər Klinikalar SEO Xidməti

Xalq artisti ailə qəbiristanlığında torpağa tapşırılacaq

Xalq artisti Ənvər Həsənov Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ailə qəbiristanlığında dəfn olunacaq. AYNA.AZ APA-ya istinadən bildirir ki, bu barədə aktyorun ailə üzvləri məlumat verib.

Qeyd edək ki, Xalq artisti dünən vəfat edib.

Xatırladaq ki, Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş