Husilər Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbə endiriblər
Yəmənin “Ənsar Allah” (Husi) üsyançı hərəkatı ABŞ-ın Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizdə ABŞ-ın "USS Harry Truman" təyyarədaşıyan gəmisinə ikinci zərbə endirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatından bildirilib.
“24 saat ərzində ikinci dəfə Qırmızı dənizin şimalında Amerikanın “USS Harry Truman” təyyarədaşıyan gəmisini vurduq. Bir neçə saat davam edən hücum bir neçə ballistik və qanadlı raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib”, - bildirilib.