Əmisi oğlunun qətlində təqsirləndirilən şəxs tutulub

Hadisə

19.07.2021 - 17:33

Ülvü Gərayzadənin əmisi oğlunu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürdüyü müəyyənləşib

 

İyulun 18-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi oğlu 2003-cü il təvəllüdlü Ülvü Gərayzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürdüyü müəyyən edilib.

 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Ülvü Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda istintaq davam edir.

Müəllif: Ayna.az