Əməkdar jurnalist Tamilla Həşimova vəfat edib

Xəbərlər

18.10.2021 - 10:35

Tamilla Haşımova yüzlərlə maraqlı veriliş və proqramın ərsəyə gəlməsində iştirak edib

Tanınmış televiziyaçı, Əməkdar jurnalist, 2002-ci ildən Prezident təqaüdçüsü Tamilla Haşımova uzun sürən xəstəlikdən sonra Moskva şəhərində vəfat edib. Bu barədə AYNA-ya professor Qulu Məhərrəmli məlumat verib.

Görkəmli teatr rejissoru, xalq artisti Məhərrəm Haşımov və xalq artisti Rahilə Ginzburqun ailəsində doğulmuş T.Haşımova uzun illər Azərbaycan Dövlət televiziyasında müxtəlif vəzifələrdə çalışlb, rus dilində verilişlər hazırlayan “Dostluq” baş redaksiyasına rəhbərlik edib.

İstedadlı təşkilatçı olan T.Haşımova yüzlərlə maraqlı veriliş və proqramın ərsəyə gəlməsində iştirak edib. Çoxlu sayda sənədli filmlərin ssenari müəllifi olub.

Teleradio tarixinin araşdırıcısı, professor Q.Məhərrəmli T.Haşımovanın vəfatını televiziya sənəti üçün ağır itki kimi qiymətləndirib. Onun Azərbaycan televiziyasının inkişafında böyük rolu olduğunu deyən professorun fikrincə, T.Haşımova təkcə AzTV üçün forma və məzmunca yeni olan veriliş layihələrinin gerçəkləşməsinə rəhbərlik etməyib, həm də gənc rejissor və redaktorlar nəslinin yetişməsinə əhəmiyyətli töhfə verib.

Hazırda onun yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkə telekanallarında da uğurla çalışırlar.

T.Haşımova dünən torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Əməkdar jurnalist Tamilla Həşimova vəfat edib Əməkdar jurnalist Tamilla Həşimova vəfat edib Əməkdar jurnalist Tamilla Həşimova vəfat edib
Müəllif: Ayna.az