Əli Əsədov Mixail Mişustini təbrik edib

Xəbərlər

13.06.2021 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın Baş naziri rusiyalı həmkarına məktub göndərib

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə dövlət bayramı – Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

 

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AYNA-ya bildiriblər ki, məktubda Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla qeyd edilir.

 

Həmçinin ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin hamısının uğurla reallaşdırılması üçün hökumət xətti üzrə sıx əlaqələrin və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş