İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik ediləcək
Qadağan olunmuş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin çəkilməsi üçün cərimə tətbiq olunacaq. AYNA.AZ xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, qadağan olunmuş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin çəkilməsi üçün aprelin 1-dən etibarən 30 manat cərimə tətbiq olunacaq.
Qeyd edək ki, "Tütün və tütün məmulatları haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, aprelin 1-dən etibarən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunacaq.