Elçin Quliyevin müavini həbs olunub

Siyasət

14.05.2020 - 22:47

Azərbaycanda daha bir yüksək vəzifəli məmur həbs olunub

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

 

AYNA xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

 

Hazırda araşdırmalar davam etdirilir.

 

Bəs Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, Sahil Mühafizəsinin rəhbəri Əfqan Vəli oğlu Nağıyev kimidr? Onun barəsində açıq mənbələrdə geniş informasiyanın olmamasına rəğmən generalın Sahil Mühafizəsinə uzun illər rəhbərlik etdiyi məlumdur. O, həmçinin, Xəzər dənizində keçirilən hərbi təlimlərə rəhbərlik edib.

 

Əfqan Nağıyevin general-leytenat rütbəsini  2018-ci il avqusutun 16-da aldığı da məlumdur.

 

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci il 18 ferval tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb.

Müəllif: Ayna.az