Əlahiddə Ümumqoşun Orduda təlimlər keçirilir

Xəbərlər

17.07.2020 - 19:15

cedabet dərman SEO Xidməti

Döyüş atışlı taktiki təlimlər döyüş vəziyyətinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilib

 

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir. AYNA “Nuhçıxan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, taktiki təlimlərdə haubitsalı artilleriya, aviasiya, hava hücumundan müdafiə və digər bölmələr arasında qarşılıqlı əlaqə sualları işlənilib.

 

Bölmələrin uzlaşmasının və səhra vərdişlərinin yüksəldilməsinin ən səmərəli ali forması döyüş atışlı taktiki təlimlər olduğu üçün tabor və divizionlarda keçirilən bu təlimlərə Əlahiddə Ümumqoşun Orduda xüsusi diqqət yetirilir.

 

Haubitsalı artilleriya divizionlarının döyüş atışlı taktiki təlimləri də döyüş vəziyyətinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilib.

 

Təlimlər zamanı aviasiya ilə qarşılıqlı əlaqə sualları işlənilib, hava hücumundan müdafiə bölmələri ilə birlikdə düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətlər icra edilib.

 

Şəxsi heyət taktiki və atəş tapşırıqlarının icrasında müsbət nəticələr göstərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş