“Əl-Cəzirə”nin nümayəndə heyətinin Şuşaya səfəri başlayıb

Xəbərlər

06.08.2021 - 16:35

Nümayəndə heyəti arasında Della Milesin musiqiçilər qrupu da var

 

Avqustun 6-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevin rəhbərliyi ilə “Əl-Cəzirə” Media Şəbəkəsinin nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

 

AYNA xəbər verir ki, nümayəndə heyətinin tərkibində “Əl-Cəzirə” Media Şəbəkəsinin tanınmış jurnalistləri ilə yanaşı, dünya şöhrətli musiqiçi, Maykl Ceksonun və Uitni Hyustonun vokalçısı olmuş Della Milesin musiqiçilər qrupu da var.

 

Qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi, dini memarlıq abidələrini və digər məkanları ziyarət edəcəklər. Onlar işğal dövründə erməni vandalizminin izləri, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.

 

Nümayəndə heyəti Şuşadan sonra Qubadlı və Füzuli rayonlarında da olacaqlar.

Müəllif: Ayna.az