Əhməd əl-Şaraa fevralın 4-də Türkiyəyə səfər edəcək

Dünya

03.02.2025 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

Suriya Prezidentini Türkiyəyə Ərdoğanın dəvət edib

Suriya Prezidenti Əhməd əl-Şaraa fevralın 4-də Türkiyəyə səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesabında yazıb.

“Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-ü Ankaraya səfər edəcək. Danışıqlar zamanı Suriyadakı son hadisələr müzakirə olunacaq. Suriyada iqtisadiyyatın bərpası və davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar dəyərləndiriləcək”, - deyə Türkiyə rəsmisi qeyd edib.

Altun əlavə edib ki, “Türkiyənin Suriyadakı keçid hakimiyyətlərinə çoxtərəfli platformalarda verə biləcəyi dəstək” məsələsi də müzakirə olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş