Əfsanəvi futbolçu Müller vəfat edib

İdman

15.08.2021 - 21:32

Həkimlər Klinikalar SEO Xidməti

Dünya və Avropa çempionu 76 yaşında dünyasını dəyişib

 

Futbol üzrə dünya və Avropa çempionu olan almaniyalı futbolçu Herd Müller 76 yaşında dünyasını dəyişib.

 

AYNA xarici KİV-ə istinadla xəbər verir ki, Herd Müllerin nədən öldüyü məlum deyil.

 

Ən yaxşı bombardirlərdən hesab edilən futbolçu Qızıl top və 2 dəfə Qızıl buts sahibi olub.

 

Qeyd edək ki, Herd Müller üç dəfə Avropa kubokunun qalibi olub. Futbolçu 1964-1979-cu illərdə "Bavariya" klubunun hücumçusu olub, Almaniya millisində oynayıb.

 

Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş