Əfqanıstanda məsciddə terror aktı törədilib

Dünya

08.10.2021 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

İlkin məlumata görə, ölü və yaralı sayı 100-dən çoxdur

Bu gün Əfqanıstanda məsciddə terror aktı törədilib. AYNA xarici mediaya istinadən bildirir ki, terrorla bağlı “Taliban” hərəkatının nümayəndəsi Zabihulla Mücahid məlumat verib.

Mücahid qeyd edib ki, Qunduz vilayətinin Bəndər şəhərinin Xan Abad rayonunda şiə məscidində partlayış baş verib.

BMT-nin Əfqanıstana Yardım Missiyasından isə bildirilib ki, ilkin məlumata görə, Əfqanıstanın Qunduz vilayətində törədilmiş terror aktı nəticəsində ölü və yaralı sayı 100-dən çoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş