Hadisənin şahidləri helikopterin silahlılar tərəfindən vurulduğunu iddia edirlər
Əfqanıstanın Vardak əyalətində xüsusi təyinatlılara məxsus helikopter qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, qəza nəticəsində 9 xüsusi təyinatlı həlak olub.
Əfqanıstan Müdafiə Nazirliyi faktə təsdiqləyib: “Təəssüf ki, ötən gecə Vardak əyalətinin Behsud dairəsində Mi-17 helikopteri qəzaya uğrayıb. İnsident nəticəsində təhlükəsizlik qüvvələrinin göyərtədə olan 9 əməkdaşı həyatını itirib. Müdafiə Nazirliyi qəzanın səbəblərini təhqiq edir”.
Hadisənin digər təfərrüatları açıqlanmır. Yayılan bəzi xəbərlərə görə, hadisənin şahidləri helikopterin silahlılar tərəfindən vurulduğunu iddia edirlər.