Düşmənin zenit qurğusu dəqiq atəşlə məhv edildi - <font color=red> VİDEO</font>

Xəbərlər

04.11.2020 - 12:47

MN: “Hərbi texnikasının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir”

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikasının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin bir ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

 

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik üç topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

Müəllif: Ayna.az