Düşmənin növbəti PUA-sı Naxçıvan istiqamətində məhv edilib

Xəbərlər

22.10.2020 - 13:32

Taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən zərərsizləşdirilib

 

Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müəllif: Ayna.az