Düşmən Suqovuşanda erməni cəsədlərini yığan sanitar maşını vurub

Xəbərlər

11.10.2020 - 12:11

Bir tibbi xidmət qulluqçusu ağır yaralanıb

 

Ermənistan Suqovuşanda erməni cəsədlərini yığan sanitar maşını vurub. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

 

Bildirilib ki, Suqovşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb.

Müəllif: Ayna.az