Hazırda Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələri atəş altındadır
Ermənistan hərbçiləri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bu barədə AYNA Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, hazırda Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələri Ermənistan ordusu tərəfindən atəşə tutulur.