Bu həftənin göstəricisi iyulun ortalarından bəri ən aşağı göstəricidir
Son yeddi gün ərzində dünya üzrə təxminən 4 milyon nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. AYNA TASS-a istinadən bildirir ki, bu say ötən həftə ilə müqayisədə yarım milyon nəfər azdır.
Bu həftənin göstəricisi iyulun ortalarından bəri ən aşağı göstəricidir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı son zamanlar qlobal miqyasda COVID-ə yoluxmanın sabitləşdiyini, lakin sabitləşmənin yuxarı həddə baş verdiyini bəyan edib.