Dünyada koronavirusa yoluxma sayı artır

Dünya

14.07.2021 - 18:18

Həkimlər Klinikalar SEO Xidməti

Son həftə ərzində dünyada təxminən 3 milyon yoluxma halı qeydə alınıb

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı son bir həftənin statistikasını açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, ötən həftə dünyada koronavirusdan 3 milyona yaxın yoluxma və 55 mindən çox ölüm qeydə alınıb.

 

Bir həftə ərzində yoluxma halları öncəki yeddi günlə müqayisədə 10 faiz, ölüm halları isə 3 faiz artıb.

 

“İyulun 5-dən 11-dək yeni yoluxanların ümumi sayı, öncəki həftəyə nisbətən 10 faiz artaraq demək olar ki, 3 milyon nəfərə çatıb”, - deyə ÜST-nin məlumatında qeyd edilib.

 

İyulun 5-dən 11-dək dünyada 2 milyon 996 min 465 yoluxma və 55 min 830 ölüm faktı qeydə alınıb. İndiyədək dünyada 188 milyon 622 min nəfərdən çox insan virusa yoluxub, 4 milyon 65 mindən çox insan isə həyatını itirib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş