Dünyada COVID-19-la bağlı son vəziyyət

Dünya

13.04.2021 - 03:47

Koronavirus can almağa davam edir

 

Dünyada son sutka ərzində 675 707 nəfər koronavirusa yoluxub, 11 746 nəfər ölüb. 

 

AYNA-nın xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

 

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 135 646 617 yoluxma hadisəsi, 2 930 732 ölüm faktı qeydə alınıb.

 

Son 24 saat ərzində yoluxmanın 34 faizdən çoxu Şimali və Cənubi Amerikanın (234 785) payına düşür. Digər yerləri isə Avropa (181 865) ilə Cənub-Şərqi Asiya (180 579) bölüşür.

Müəllif: Ayna.az