Dünyada COVID-19-la bağlı son vəziyyət

Dünya

26.02.2021 - 01:37

Həkimlər Klinikalar SEO Xidməti

Ölüm sayına görə ABŞ birinci yerdədir 

 

Dünyada COVID-19 pandemiyasından ölənlərin sayı 2,5 milyon nəfəri ötüb.

 

AYNA xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, həmçinin KİV və başqa açıq mənbələrin statistikaları ilə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

 

Dünyada COVID-19-dan ölüm hallarının sayı 2 500 770 olub. Dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 112,6 milyonu ötüb.

 

Koronavirus pasiyentləri arasında ən yüksək ölüm sayı ABŞ-da qeydə alınıb – 506 mindən yuxarı.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş