Dünyada COVID-19-a yoluxanların sayı 90 milyonu keçib

Dünya

11.01.2021 - 08:47

Ən çox yoluxma ABŞ-da qeydə alınıb

 

Dünyada koronavirusa yoluxanların sayı 90 milyon 5 min 787 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin son hesabatında qeyd edilib.

 

COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda yoluxanların sayı  22,2 milyondan çoxdur.

 

Pandemiya dövründə dünyada 1.93 milyondan çox insan ölüb, təxminən, 50 milyon nəfər sağalıb.

 

 

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar