Dünyada COVID-19-a yoluxanların sayı 116 milyonu ötüb

Xəbərlər

08.03.2021 - 09:18

Son sutka ərzində koronavirusa 478 mindən çox artım olub

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 478 mindən çox artıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Qeyd edilib ki, ötən sutka ərzində 478 min 614 nəfər COVID-19-a yoluxub. 10 min 124 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 116 milyon 135 min 492, ölənlərin isə 2 milyon 581 min 976 nəfərə çatıb.

 

Müəllif: Ayna.az