Dünən 148 nəfər toy şənliklərinə buraxılmayıb

Xəbərlər

29.10.2021 - 11:12

Onlar COVID-19 pasportu olmadığına görə şənliklərə buraxılmayıblar

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 28-də Bakıda və respublikanın digər ərazilərində 66 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, monitorinqlər 62 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə altı nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 148 nəfər toy şənliklərinə buraxılmayıb.

Müəllif: Ayna.az