Dövlət büdcəsinin neft gəlirləri azalıb

İqtisadiyyat

11.08.2021 - 15:41

Həkimlər Klinikalar SEO Xidməti

Neft gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz azalıb

 

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin neft gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz və ya 917,9 milyon manat azalaraq 5 milyard 863,4 milyon manat icra edilib.

 

AYNA Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, neft gəlirləri proqnoza nisbətən 15,1 faiz və ya 1 milyard 41,8 milyon manat az icra edilib ki, bu da illik proqnozun 42,6 faizini təşkil edir. 2021-ci ilin I yarımilliyində dövlət büdcəsinin neft gəlirlərinin proqnoza və ötən ilin 6 ayına nisbətən az daxilolmasının əsas səbəbi Dövlət Neft Fondundan transfertin proqnoza nisbətən 1 milyard 403,3 milyon manat və ötən ilin I yarısı ilə müqayisədə isə 978,3 milyon manat az olması ilə əlaqədardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş