İlham Əliyev iki nəfərə “Əməkdar hüquqşünas” fəxri adı verib
Prezident İlham Əliyev “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verilsin:
Usubov Rüstəm Sabir oğluna
Əsgərov Namiq Əli oğluna”.