Dövlət başçısı dini icma sədrini təltif edib

Xəbərlər

26.07.2021 - 11:16

Dövlət başçısı Milix İlxananoviç Yevdayevlə bağlı sərəncam imzalayıb

 

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev “Şərəf” ordeni ilə təltif edilib.

 

AYNA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Qeyd edək ki, M.Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədridir.

Müəllif: Ayna.az