Dörd polkovnikə general-mayor rütbəsi verilib

Xəbərlər

25.06.2025 - 14:52

cedabet dərman SEO Xidməti

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

AYNA.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik İdris Mustafa oğlu Məhərrəmova

polkovnik Vasif Tofiq oğlu Xəlilova

polkovnik Elnur Sadıq oğlu Kazımova

polkovnik Elgün Aqil oğlu Əliyevə.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş