Doktoranturaya elektron sənəd qəbulu davam edir

Xəbərlər

17.07.2021 - 13:11

Sənəd qəbulunun avqustun 1-də yekunlaşdırılması nəzərdə tutulub

 

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, portal.edu.az platformasında aparılan sənəd qəbulunun avqustun 1-də yekunlaşdırılması nəzərdə tutulub.

 

Qeyd edək ki, portal üzərindən tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə bilirlər.

Müəllif: Ayna.az