Doktor Hüseyin ləqəbli PKK-çı məhv edilib

Dünya

07.06.2021 - 09:13

Həkimlər Klinikalar SEO Xidməti

Terror təşkilatının təhlükəli üzvü Salman Bozqır zərərsizləşdirilib

 

Türkiyənin təhlükəsizlik qüvvələri xüsusi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına daha bir sarsıdıcı zərbə vurub. AYNA qardaş ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabından paylaşım edib.

 

Ölkə başçısı bildirib ki, Doktor Hüseyin ləqəbli təhlükəli terrorçu Salman Bozqır Türkiyə Milli Təhlükəsizlik Təşkilatının keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv edilib.

 

Qeyd edək ki, PKK/KCK terror təşkilatına 1990-cı illərdə qatılan S.Bozkır terror təşkilatının Avropadakı fəaliyyətini idarə edib. Bildirilir ki, MİT tərəfindən İraqın şimalında yerləşən Mahmur terror düşərgəsinə qarşı yönəldilmiş antiterror əməliyyatında S.Bozkır ilə bərabər daha iki terrorçu məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş