İraqda yaşayış evi hücuma məruz qalıb
İraqda dini “Sədr Hərəkatı”nın lideri Müqtəda əs-Sədrin Nəcəf şəhərində yerləşən evi naməlum pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
AYNA xəbər verir ki, bu barədə əs-Sədrə yaxınlığı ilə tanınan Məhəmməd Saleh əl-İraqi sosial media vasitəsi ilə məlumat verib.
Lakin İraqinin verdiyi açıqlamada hadisə nəticəsində ölənlərin olub-olmaması barədə heç bir məlumat verilməyib.