DİN-in 4 polkovnikinə general-mayor rütbəsi verilib

Siyasət

02.07.2021 - 09:32

Dövlət başçısı sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

 

polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə

 

polis polkovniki İslam Möhsüm oğlu Hümbətova

 

polis polkovniki Əkbər Məcid oğlu İsmayılova

 

polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş