DİN-dən yol hərəkəti iştirakçılarına <font color=red> MÜRACİƏT</font>

Cəmiyyət

10.11.2020 - 13:04

Həkimlər Klinikalar SEO Xidməti

“Qələbə sevincimizin daha təhlükəsizlik şəraitdə keçməsi üçün qaydalara riayət edilməlidir”

 

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. AYNA-nın xəbərinə görə, DİN-nin Mətbuat Xidmətinin məlumatında bildirilir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın işğaldan tam azad olunması və qazanılan qələbə ilə bağlı xalqa müraciəti hər birimizin böyük sevincinə səbəb oldu.

 

“Gecə saatlarından başlayaraq vətəndaşlarımız küçələrə axışaraq bu möhtəşəm qələbəni coşqu və fərəh hissi ilə qeyd edirlər. Lakin müşahidələr göstərir ki, bəzi sürücülərin belə şəraitdən sui-istifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, piyadaların isə onlar üçün müəyyənləşdirilmiş keçidlərdən istifadə etməmələri digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Sözsüz ki, belə hallar vətəndaşlarımızın narahatlığına və haqlı narazılığına səbəb olur. Odur ki, bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik”, - deyə qeyd olunub.

 

Vurğulanıb ki, qələbə sevincimizin daha təhlükəsizlik şəraitdə keçməsi, bu zaman hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün nəqliyyat sahibləri yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə onlar üçün müəyyənləşdirilmiş yol keçidlərindən istifadə etməlidirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş