DİN-dən vətəndaşlara çağırış

Xəbərlər

11.06.2025 - 12:31

cedabet dərman SEO Xidməti

“Kiberdələduzluq halları ilə üzləşməmək üçün ehtiyatlı olmaq lazımdır”

İyunun 10-da daxil olmuş müraciətlər əsasında aparılan araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq pul vəsaitlərinin çıxarıldığı müəyyən edilib. Oğurluq faktları üzrə 1141, 500, 400, 336, 132 manat və 1113 Amerika Birləşmiş Ştatları dolları məbləğlərinin ələ keçirildiyi müəyyən olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

DİN vətəndaşlara müraciət edərək onları bank kartları ilə bağlı dələduzluq hallarına qarşı diqqətli və ehtiyatlı olmağa çağırır. Eyni zamanda, bir daha xatırladılır ki, bank kartlarının arxa hissəsində yerləşən CVV/CVC kodu, kartın istifadə müddəti, habelə SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kimi məlumatlar tam məxfi saxlanmalıdır: “Həmin məlumatların üçüncü şəxslərlə paylaşılması bank hesablarından pulun oğurlanmasına, həmçinin vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə səbəb ola bilər. Naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməyin, şəxsi və maliyyə məlumatlarınızı heç bir halda paylaşmayın, şübhəli ünsiyyət halında dərhal əlaqəni kəsin və nömrəni bloklayın, dələduzluq halları ilə qarşılaşdıqda “102” Xidməti Zəng Mərkəzinə və ya yaxınlıqdakı polis orqanına məlumat verin”, -deyə DİN xəbərdarlıq edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş