DİN 46 kiloqram qanunsuz narkotik vasitəni dövriyyədən çıxarıb

Xəbərlər

12.08.2026 - 10:11

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Qeyd olunub ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətinə görə məhkum olunan Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar. Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb.

Saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş