DİM sentyabrın 9-da əlavə imtahanlar keçirəcək

Xəbərlər

02.09.2021 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri imtahan verəcəklər

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək.

 

DİM-dən AYNA-ya bildirilib ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.

 

Bu imtahanlarda iştirak edəcək şagirdlər DİM-in saytından buraxılış vərəqəsini çap edib götürə bilərlər. İmtahana buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş