Deputatdan amnistiya təklifi: “Həbsxanada qadınlar qalmasın”

Cəmiyyət

30.12.2020 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Siyavuş Novruzov: “Uşaqlar həbsxanada analarının yanında idi. Həmin uşaqların təqsiri, günah nədir?!”

 

“Təklif edirəm ki, Azərbaycanda növbəti amnistiya aktı qəbul olunsun. Parlamentin qarşıdan gələn yaz sessiyasında amnistiya ilə bağlı qərar layihəsi müzakirələrə çıxarılmalı və qəbul edilməlidir”.

 

AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib. Millət vəkili qeyd edib ki, xüsusən də həbsxanada qadınlar var ki, onlar azadlığa buraxılmalıdırlar: “Amnistiya ilə bağlı sənədlərin hazırlanması uzun çəkir. Aidiyyatı stukturlardan, Ombudsmandan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən xahiş edirəm ki, məsələ qaldırsınlar, Qələbə münasibətilə həbsxanada qadınlar qalmasın. Ölkə başçısı hər zaman bu məsələ ilə bağlı unikal addımlar atır”.

 

“Bu günlərdə bir verilişə baxdım. Uşaqlar həbsxanada analarının yanında idi. Həmin uşaqların təqsiri, günah nədir?! Hesab edirəm ki, gələcəkdə, Milli Məclisin yaz sessiyasında geniş amnistiya qəbul etmək lazımdır. Ölkə müharibədə qalib gəlib. Böyük amnistiya belə məqamda gözəl addım olar. Kim dövləçilik yolunu tutubsa, dövlətinə, xalqına, Prezidentinə xidmət eləməlidir”, - deyə deputat söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş