Dənizdə batan şəxsin meyiti tapılıb

Hadisə

21.07.2021 - 21:58

Meyit aidiyyəti üzrə təhvil verilib 

 

Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-cü il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb.

 

AYNA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Z. İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az