Dənizdə batan 6 nəfər xilas edilib

Hadisə

21.07.2021 - 02:54

Həkimlər Klinikalar SEO Xidməti

FHN batma təhlükəsi ilə üzləşənlərlə bağlı məlumat yayıb 

 

Bu gün Xəzər dənizi çimərliklərində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

 

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Nardaran”, “Xaçmaz” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş