Daxili İşlər Nazirliyindən vətəndaşlara <font color=red> MÜRACİƏT</font>

Xəbərlər

29.07.2020 - 13:50

cedabet dərman SEO Xidməti

“İnsanların sıx toplaşmasına, qurbanlıqların müəyyən edilmiş yerlərdən kənarda satış və kəsiminə icazə verilməyəcək”

 

Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib. DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsi vacibdir:

 

“Bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq, kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək”.

 

“Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az). Xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur”, - deyə müraciətdə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş