Daha iki məhsula aksiz dərəcəsi tətbiq edilir

Xəbərlər

01.02.2021 - 17:23

Aksiz dərəcəsi tətbiq edilən malların siyahısı genişləndirilir

 

Azərbaycanda aksiz dərəcəsi tətbiq edilən malların siyahısı genişləndirilir. AYNA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Yeni aksiz dərəcəsi tətbiq ediləcək mallar aşağıdakılardır:

 

- Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;

 

- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.

 

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanır.

 

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Müəllif: Ayna.az