Daha iki erməni hərbçisinin meyiti tapılıb

Xəbərlər

18.08.2021 - 04:27

Hərbçilərin kimliyi ekspertizadan sonra müəyyən olunacaq

 

Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb. AYNA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 2 hərbçisinin meyiti tapılaraq təxliyə edilib.

 

Meyitlər Cəbrayıl rayonunda aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

 

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 636 nəfərin meyiti aşkarlanıb.

 

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş