Daha bir şadlıq sarayında karantin qaydaları pozuldu

Xəbərlər

20.07.2021 - 17:58

Masallıdakı “Lanur” sarayında keçirilən toyda artıq sayda qonağın iştirakı müəyyənləşib

 

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Masallıdakı “Lanur” şadlıq sarayında keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən olunub.

 

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı 4000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.

 

Bundan əlavə, rayon ərazisində yerləşən “Qızılağac” şadlıq sarayında və “Yeni Dünya” restoranında aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi müəyyən olunub.

 

Yol verilən qayda pozuntuları ilə bağlı obyektlərin sahibləri və toy təşkilatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az