Daha bir icra hakimiyyətində əməliyyat: <font color=red> Saxlanılanlar var</font>

Xəbərlər

19.08.2020 - 13:24

Əməliyyatın detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək

 

Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir. AYNA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır. Saxlanılanların olduğu bildirilir. 

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az