Daha 400 Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib

Xəbərlər

18.08.2020 - 23:39

Vətəndaşlarımız Dağıstan Respublikasından Azərbaycana təxliyə ediliblər

 

Bu gün daha 400 Azərbaycan vətəndaşının Rusiyanın Dağıstan Respublikasından Azərbaycana təxliyəsi həyata keçirilib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

 

Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıdışı təmin olunub.

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.

Müəllif: Ayna.az