Daha 2 erməni hərbçinin meyitinin qalıqları tapılıb

Dünya

01.09.2021 - 22:13

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanın müharibədəki itkilərinin sayı artır

 

Сəbrayılda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha 2 hərbi qulluqçusunun meyitinin qalıqları tapılıb.

 

Bu barədə AYNA Ermənistan mətbuatına istinadən xəbər verir.

 

Qeyd edilir ki, əsgərlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sona məlum olacaq.

 

Bununla da Azərbaycan ərazisində qalıqları tapılan erməni hərbçilərin ümumi sayı 1 654 nəfərə çatıb. Qeyd edək ki, bu rəqəm itkin hesab edilən erməni hərbçilərin sayıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş