Hərbçilərin şəxsiyyəti ekspertizadan sonra müəyyənləşdiriləcək
Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb. AYNA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, meyitlər Xocavənd aşkarlanıb.
Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1647-yə çatıb.