Daha 13 qazimiz Türkiyəyə müalicəyə göndərilib

Xəbərlər

27.04.2021 - 11:09

Həkimlər Klinikalar SEO Xidməti

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq

 

Vətən müharibəsində ağır yaralanan daha 13 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Bu barədə AYNA-ya Fonddan bildirilib.

 

Qeyd edilib ki, “YAŞAT” Fondu tərəfindən həm Türkiyədən ölkəmizə gətirilən, həm də yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.

 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

 

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

 

Xatırladaq ki, fond tərəfindən bu günə qədər 76 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 9-unun müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş