“D vitamini çatışmazlığı zamanın yeni xəstəliklərindən biridir”

Cəmiyyət

19.02.2020 - 10:23

Adil Qeybulla: “Bu vitaminin aşağı olması immun sistemini zəiflədir, bütün xəstəliklərin meydana çıxması üçün şərait yaradır”

 

- Dərdin nədir?

- D vitaminim çatmır.

 

İndi insanlar arasında ən çox soruşulan sual və verilən cavablardan biri budur. Məsələ ondadır ki, apteklərdə D vitamini tərkibli dərmanlar da xeyli artıb. Nə baş verir?

 

AYNA-nın bu yöndə sullarını professor, onkoloq alim Adil Qeybulla cavablandırıb.

 

- Doktor, son vaxtlar pasiyentlərə “D vitamini çatışmazlığı” diaqnozu tez-tez qoyulur Bu, zamanın yeni xəstəliyidirmi?

 

- Bu yaxınlarda Bakıda Türkiyədən gələn həkimlərin iştirakı ilə konfrans keçirildi. Elə orada da D vitamini çatışmazlığı, yaxud onun çox qəbul edilməsi, Günəş şüalarından qorunma, dəri xərçəngi kimi mövzular vardı. D vitamini Günəşdən alınır, amma bəzən insanlar bunu səhv anlayırlar. Çox Günəş altında qalmaq dəri xərçənginə gətirib çıxarır. D vitaminini necə və hansı formada qəbul etmək qaydaları var. Əslində son illərin yayılmış bir problemidir. Bütün dünyada bu problem mövcuddur. Bizdə də belə diaqnozların qoyulması normaldır. Bəzən dərman bazarında bu qrupdan olan vitaminlərin çoxluğundan narazılıq olur. Amma bunu dərman bazarının fırıldağı kimi dəyərləndirmək lazım deyil.

Raminə Eyvazqızı