COVID-19 peyvəndi barədə yeni xəbər var

Xəbərlər

29.07.2020 - 12:34

cedabet dərman SEO Xidməti

Rusiyanın hazırladığı peyvənd avqustun 15-də vətəndaşlar üçün əlçatan ola biləcək

 

Rusiyanın “Qamlei” Mərkəzi tərəfindən hazırlanan koronavirus üçün peyvənd 10-12 avqust tarixlərində qeydiyyata alınacaq və 15-də vətəndaşlar üçün əlçatan ola biləcək. AYNA-nın xəbərinə görə, bu barədə "İnterfaks" a hökumətdəki mənbə məlumat verib.

 

Qeyd edilib ki, dərman müayinə üçün Dərman Məhsulları Ekspertizası Elmi Mərkəzinə göndərilib. Bundan sonra müvafiq sənədlər Səhiyyə Nazirliyinə göndəriləcək. Bunun yoxlanılması üçün beş-yeddi gün tələb olunur.

 

“Bundan sonra gözlənildiyi kimi, avqustun 15-də peyvənd mülki dövriyyəyə keçə bilər”, - deyə “İnterfaks”ın mənbəsi bildirib.

 

Qeyd edək ki, Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirmişdi ki, klinik sınaqların nəticələrinə əsasən COVID-19 əleyhinə olan yerli peyvənd effektivliyini və təhlükəsizliyini sübut edib. Onun sözlərinə görə, peyvəndin qeydiyyatı 2020-ci ilin avqustuna planlaşdırılıb.

 

Rusiya Elmlər Akademiyasının rəhbəri Aleksandr Sergeev isə qeyd edib ki, 2021-ci ildən əvvəl əhalinin kütləvi peyvəndinə başlamaq məsləhətdir. Çünki bütün əhalini peyvəndləmək üçün 6 aya qədər vaxt lazımdır. Sergeev onu da qeyd edib ki, ilk növbədə həkimlər kimi riskli qruplar peyvənd olunmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş